Slimfit
  1. MARAQLI

Dünya şöhrətli alim Allahın mövcudluğunu düsturla sübut etdi

Dünya şöhrətli alim Allahın mövcudluğunu düsturla sübut etdi
Sakura

Dünya şöhrətli alim Allahın mövcudluğunu düsturla sübut etdi

Dünya şöhrətli alim, kimyaçı, professor Najip Valitov dindar deyil.

“Ölkə.Az” xəbər verir ki, Valitov bütün ömrünü elmi tədqiqatlara həsr edib. Belə elmi tədqiqatların birində Valitov 20 kimya, 19 termodinamika qanunu, 40 mexaniki qanun, 28 fizika bölməsini darmadağın edərək, sübut etdi ki, Kainata istənilən obyekt bir-birinə ani təsir edir, sonra isə onlar arasında heç bir məsafə və zaman məhdudiyyəti olmur. Yəni, işıq sürəti Kainatda nəyinsə, əsasən də informasiyanın yayılmasının sərhədi ola bilməz.

Najipin vakkum titrəyişləri haqqında monoqrafiyası elm dünyasında bomba effekti yaratdı. Bu gün bu əsər dünyanın bir çox dilinə tərcümə edilib, 12 ölkənin onlarla kitabxanasında saxlanılır. Onun əsəri təkcə elm dünyası tərəfindən yox, ruhani liderlər tərəfindən də qəbul edilir və bəyənilir. Roma Papası da alimə elmi işinə təşəkkür etmək üçün şəxsən məktub göndərib. Valitovun teoriyasına əsasən, bütün dünyada hər şey bir ideyaya, qarşılıqlı əlaqəyə, bir anlıq əlaqəyə tabedir. Buna görə də Dünya Şüuru, Yaradıcıdan danışmaq olar. Maraqlıdır ki, bütün səmavi dinlərin kitabında, Quranda, İncildə və Tövratda da eyni şeydən danışılır, hər şeyi görən, hər şeyi eşidən Allahdır.

Najip Valitov öz monoqrafiyasında sübut edir ki, ateist-alimlər səhv məlumatlara əsaslanırlar və bunlar arasında işıq sürətinin məhdudiyyəti də var. Buna görə də Vahid Ali Qüvvə barədə fikrə gələ bilmirlər. Bu Qüvvə bütün Kainatda mövcuddur və onun yaranma səbəbidir.

Böyük ingilis filosofu Frensis Bekon da bu məsələ ilə bağlı demişdi:

“Az bilik Tanrıdan uzaqlaşdırır, böyük bilik isə Allaha doğru aparır. Yəni, elm və din barədə heç bir qarşıdurma, ziddiyət yoxdur və ola bilməz. Sadəcə insanın ətraf mühiti dərk etməsində məhdudiyyət var”.

Qeyd edək ki, bütün böyük alimlər inancı insanlar olublar və Najip Valitov əvvəlcə Yaradanın mövcudluğunu düstur vasitəsilə sübut edib. Sonra isə real olaraq inandı və inanclı alimə çevrildi.

Bundan başqa, Sovet Kosmonavtikasının banisi S.P.Korolev ilə eyni çəkidə olan, Rusiya Elmlər Akademiyasının alimi B.V.Rauşenbax da riyazi yolla Müqəddəs Ruhun mövcudluğunu sübut edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR