Slimfit
  1. DÜNYA

Dünya smartfonlar bazarında 6 faiz azalma qeydə alınıb

Dünya smartfonlar bazarında 6 faiz azalma qeydə alınıb
Sakura

Dünya smartfonlar bazarında 6 faiz azalma qeydə alınıb

“International Data Corporation” analitik şirkəti tədqiqat apararaq cari ilin üçüncü rübündə dünyada smartfonların tədarük həcminin 6 faiz – 355,2 milyon ədədədək azalmasını açıqlayıb.

NUHÇIXAN “Computerworld” resursuna istinadən yazır ki, məlumata görə, tədarük həcminin azalması dördüncü rüb ərzində də davam edir. Şirkət mütəxəssislərinin fikrincə, bazarda artım 2019-cu ildə bərpa olunacaq, lakin bu artımın nə dərəcədə olacağını proqnozlaşdırmaq hələ ki tezdir.

Bildirilir ki, üçüncü rübdə payı 20,3 faiz təşkil edən “Samsung” smartfonlarının tədarükündə də illik hesablamada 13,4 faiz – 72,2 milyon ədədədək azalma qeydə alınıb. Bununla yanaşı, “Samsung” şirkətinin uzun illərdir lider mövqeyə sahib olduğu Hindistan və İndoneziyada Çinin “Xiaomi”, “Oppo” və “Vivo” kimi brendləri populyarlıq qazanmağa başlayıb.

Analitiklər qeyd edir ki, bütün satılan smartfonların təxminən üçdəbir hissəsini təşkil edən Çinin smartfonlar bazarında qurğular üçün istehlak xərclərinin azaldılması ilə əlaqədar olaraq ardıcıl altıncı rübdür azalma davam edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR