Slimfit
  1. DÜNYA

Dünya prezidentləri və İlham Əliyev nə qədər maaş alır?

Dünya prezidentləri və İlham Əliyev nə qədər maaş alır?
Sakura

Dünya prezidentləri və İlham Əliyev nə qədər maaş alır?

Dünya liderlərinin aylıq maaşları və onların gündəlik məsrəfləri həmişə insanlarda maraq doğurur. Prezidentlər necə yaşayır, hansı məbləğlərdə vəsait xərcləyir, dünya kapitalizmində yoğrulan mühitdə müasirliklə necə ayaqlaşırlar və bu kimi sualların cavabı hər kəsi maraqlandırır.

"Demokratik.Az" dünyanın aparıcı dövlət başçılarının pullarını "saymağı" təklif edir.
Son illərdə yayılmış xəbərlərə istinad etsək, dünyada ən çox aylıq maaş alan liderlərin adlar siyahısı aşağıdakı kimidir.
Siyahıda dünyanın müxtəlif ölkələrindən bir sıra prezident və baş nazirin adı var. Onlardan bəzilərinin əmək haqqının manatla ekvivalentini oxucu diqqətinə çatdırırıq.
İsveçrə prezidenti Yohan Şneider-Amman - 66 min manat
ABŞ prezidenti Donald Tramp - 57 min manat (ayda 1 dollar almaqla maaşından imtina edib)
Yeni Zelandiya baş naziri Con Key - 46 min manat
Lüksemburq baş naziri Xavier Bettel - 44 min manat
İrlandiya prezidenti Miçel D. Hiqqins - 39 min manat
Fransa prezidenti Fransua Olland - 36 min manat
Kanadanın baş naziri Castin Trudeau - 36 min
Almaniya baş naziri Angela Merkel - 35 min manat
Cənubi Afrika dövlət başçısı Yakob Zuma – 31 min 500 manat
Yaponiya baş naziri Şinzo Abe - 29 min manat
Cənubi Koreya prezidenti Li Myonq-bak – 23 min manat
Rusiya dövlət başçısı Vladimir Putin - 22 min manat
Rusiyanın baş naziri Dmitri Medvedev - 22 min manat
Sinqapur baş naziri Li Hsien Loonq - 22 min manat
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - 17 min manat
Bu barədə daha dərin araşdırma aparmaqla, siyahını uzatmaq da mümkündür.
Yerli oxucuda marağı nəzərə alaraq, Azərbaycan prezidenti cənab İlham Əliyevin də aylıq məvacibinin 15 min manat olduğunu bildiririk. Qeyd edək ki, İlham Əliyev 15 ildən artıqdır ki, eyni məbləğdə maaş alır. Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin “minimum əmək haqqının 600 misli” qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir. Qanunun ləğv edilməməsi nəzərə alınarsa, köhnə qanunvericiliyin tələbinə uyğun olaraq ölkə başçısı İlham Əliyevin aylıq maaşı (250X600=15 000) 15 min manat həcmində ölçülür. 
"Demokratik.Az" xatırladır ki, ölkə liderləri sırasında ən az maaşı Belarus lideri Aleksandr Lukaşenko alıb. Onun aylıq maaşı təxminən 5000 manat civarında olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR