Slimfit
  1. İQTİSADİYYAT

Dünya ölkələrinə xəbərdarlıq edilir: Təhlükə var!

Dünya ölkələrinə xəbərdarlıq edilir: Təhlükə var!
Sakura

BVF rəhbəri beynəlxalq ticarətin önündəki maneələrin artmasının gələcəyə dair qeyri-müəyyənlik yaratdığını…

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard beynəlxalq ticarətin önündəki maneələrin artmasının, təkcə ticarətə deyil, investisiya və istehsala da zərər verdiyini və bunun gələcəyə dair qeyri-müəyyənlik yaratdığını söyləyib. 

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Laqard BVF-nin gələn həftə qlobal iqtisadi artım proqnozlarını azaldacağını bildirib. O, bütün ölkə liderlərinə ticari münaqişələri azaltmaq çağırışı edib.

Laqard qlobal iqtisadiyyata yönələn təhdidlərin həyəcan yaratdığını, risklərin reallaşmağa başladığını və qlobal iqtisadi artımın ləngidiyini söyləyib. O, qlobal dəyər zəncirlərinin qırılmasının, inkişaf etmiş iqtisadiyyatlar da daxil olmaqla bir çox ölkə üzərində dağıdıcı təsirə malik ola biləcəyini diqqətə çatdırıb.

BVF rəhbəri dünya liderlərini qlobal ticarət sistemini yox etmək əvəzinə, yaxşılaşdırmaq, qorumaq və cəmiyyətə fayda vermək üçün birlikdə işləməyə çağırıb: "Üfiqdə risk buludları dolaşır. Bu risklərin bir hissəsi reallaşmağa və qlobal iqtisadi inkişafa maneə yaratmağa başlayıb".



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR