Dərc edildi: Baxış sayı: 486
Dünya neft ehtiyatları 1,5 milyard barel artıb
“Bu ilin ilk yarısında dünya neft ehtiyatlarının artımı 1,5 milyard barel həcmində qiymətləndirilir ki, bu da görünməmiş haldır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab videokonfrans rejimində baş tutan OPEC nazirlərinin görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün ilk dəfə OPEC iclası koronavirus pandemiyasından qaynaqlanan səbəbə görə videokonfrans şəklində keçirilir.
İclasda təşkilata daxil olan 13 ölkə iştirak edir. Qeyri-OPEC ölkələri iclasa daha sonra qoşulacaqlar. İclas OPEC saytında Multimedia bölməsində canlı yayımlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət