Slimfit
  1. DÜNYA

Dünya milyarderlərinin yaşadığı ölkələr və sərvətləri açıqlanıb

Dünya milyarderlərinin yaşadığı ölkələr və sərvətləri açıqlanıb
Sakura

Dünya milyarderlərinin yaşadığı ölkələr və sərvətləri açıqlanıb

Hazırda dünyanın ən zəngin insanların üçdə dördü 15 ölkədə yaşayır ki, 2018-ci il üzrə onların ümumi kapitalı 6,8 trln. ABŞ dolları dəyərində qiymətləndirilir. Bu, bütün dünya milyarderlərinin ümumi sərvətinin 79%-ni təşkil edir.

ONA-nın "Wealth-X 2019 Billionaire Census" hesabatına istinadən verdiyi məlumata görə, siyahının 11-ci və 10-cu pillələrini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransa bölüşdürür. BƏƏ-də 55 milyarder mövcuddur ki, onların var-dövləti 165 mlrd. dollar dəyərindədir. Fransada BƏƏ-də olduğu kimi 55 milyarder var, lakin onların kapitalı 195 mlrd. dollar dəyərində qiymətləndirilir.

Reytinqin 9-cu pilləsində Səudiyyə Ərəbistanı qərarlaşıb. Ölkədəki 57 milyarderin varidatı 147 mlrd. dollar təşkil edir. Ümumi kapitalı 284 mlrd. dollar olan 82 milyarder isə siyahının 8-ci pilləsində yer alan Hindistanda yaşayır.

Siyahının 7-ci yeri Honkonqun payına düşüb. Burada yaşayan 87 milyarderin sərvəti 259 mlrd. dollar məbləğində dəyərləndirilir. İsveçrə isə 91 milyarder və onların 240 mlrd. dollarlıq kapitalı ilə reytinqin 6-cı yerini tutur.

Reytinqin 5-ci pilləsində Böyük Britaniya (97 milyarder, 209 mlrd. dollarlıq kapital), 4-cü pilləsində Rusiya (102 milyarder, 335 mlrd. dollar), 3-cü pilləsində Almaniya (146 milyarder, 442 mlrd. dollar), 2-ci pilləsində Çin (285 milyarder, 996 mlrd. dollar), 1-ci pilləsində isə ABŞ (705 milyarder, 3,013 trln. dollar) qərarlaşıb.

Qeyd edək ki, dünya milyarderlərinin sərvətinin 27%-i, ümumi dünya sərvətinin isə 35%-i amerikalı milyarderlərin payına düşür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR