Slimfit
  1. DÜNYA

Dünya liderləri Covid-19-la bağlı birgə qərar verdilər

Dünya liderləri Covid-19-la bağlı birgə qərar verdilər
Sakura

Dünya liderləri Covid-19-la bağlı birgə qərar verdilər

Video-konfrans formatında keçirilən toplantı 2 saatdan çox davam edib

 

Bu gün yeni tip koronavirusunun (Covid-19) gündəliyi ilə bağlı toplanan G20 Liderlərinin Fövqəladə Toplantısı 2 saat 20 dəqiqə davam edib.

 

AYNA xəbər verir ki, video-konfrans formatında keçirilən toplantı başa çatıb və toplantıda bu qərarla qəbul olunub:

 

- Həyatı, məşğulluğu və gəlirləri qorumaqda qərarlıyıq.

 

- Etibar yaratmağa, maliyyə sabitliyini qorumağa, böyüməni stimullaşdırmağa və canlanmanı təmin etməyə sadiqik.

 

- Biz ehtiyacı olan bütün ölkələrə yardım etmək və ictimai sağlamlıq və maliyyə tədbirlərini əlaqələndirməkdə qərarlıyıq.

 

- G20 liderləri dünya iqtisadiyyatına 5 trilyon dollar köçürməklə öz iqtisadiyyatlarını qorumaq məqsədilə müxtəlif tədbirlər görəcəklər.

 

- Epidemiyaya nəzarət etmək üçün bütün lazımi sağlamlıq tədbirləri görüləcək və kifayət qədər maliyyələşdirmə təmin ediləcək.

 

- G20 ölkəsi korona virusunun yayılmasının öhdəsindən gəlmək üçün lazım olanı edəcək.

 

 

Xatırladaq ki, G-20 ölkələrini Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, Türkiyə, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, İngiltərə, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Avropa Birliyi Komissiyası formalaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR