Dərc edildi: Baxış sayı: 962
:0
Dünya koronadan sonra necə olacaq? - Sabiq nazir
Viruslar gələcəkdə bioloji silah olaraq istifadə edilə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakış deyib.
O bildirib ki, hazırkı koronavirus pandemiyası qloballaşmanın sonu anlamına gəlmir:
“Qloballaşma davam edəcək. ABŞ-la iqtisadi münaqişə yaşayan Çin daha güclü mövqeyə sahib olacaq. Dünyanın daha təhlükəsiz vəziyyətə gətirilməsi ilə bağlı səylər davam etdiriləcək. Lakin silah yarışının dayanacağını düşünmürəm”.
Yakış əlavə edib ki, pandemiyadan sonra dərman şirkətləri də külli miqdarda gəlir əldə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət