Slimfit
  1. DÜNYA

“Dünya Göz” xəstəxanası cərimələndi

“Dünya Göz” xəstəxanası cərimələndi
Sakura

280 min manat civarında təzminat tələb olunub.

“Kommersant.az” xəbər verir ki, Türkiyədə 5 il əvvəl “İnci Göz” xəstəxanasının “Dünya Göz”ə haqsız rəqabət səbəbiylə açdığı məhkəmə işi yekunlaşıb.

Belə ki, “İnci Göz” xəstəxanası 2013-cü ildə xəstəxanalara reklam siyasətinin qadağan olunmasına baxmayaraq, “Dünya Göz”ün katarakt əməliyyatında kəskin endirim barədə yayımladığı reklamla xəstələri özünə cəlb etməsi və bununla da həmin il ərzində gəlirini 6 milyon 622 min 500 manat məbləğində artırmasını haqsızlıq olaraq dəyərləndirib.

5 il araşdırılan işin nəticəsi bu gün açıqlanıb. Məhkəmə “Dünya Göz”ün haqsız olduğu və “İnci Göz” xəstəxanasının tələb etdiyi 13 min 245 manat mənəvi, 264 min 900 manat maddi təzminatın ödənilməsi barədə ilə bağlı qərar çıxarıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR