Dərc edildi: Baxış sayı: 1819
Dünya çempionu vəfat etdi
Futbol üzrə İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Nobbi Staylz dünyasını dəyişib.
Ens.az Matc.az-a istinadən xəbər verir ki, bu barədə “Mançester Yunayted”in rəsmi saytı məlumat yayıb.
Veteran futbolçu 78 yaşında vəfat edib.
Staylz İngiltərə yığmasının heyətində DÇ-1966-nın qalibi olub. Karyerasının böyük hissəsini “Mançester Yunayted”də keçirmiş futbolçu, sonralar “Midlsbro” və “Preston”da da forma geyinib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət