Dünya çempionatının püşkü atıldı
Oxu.Az xəbər verir ki, 2019-cu ilin dekabr ayında Qətərdə keçiriləcək mundialın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində baş tutub.
İlk mərhələdə turnirə ev sahibliyi edəcək ölkənin təmsilçisi “Əl-Sədd” Yeni Kaledoniyadan olan “İanqen”lə üz-üzə gələcək.
Bu cütün qalibi ikinci mərhələdə Meksika “Monterrey”i ilə qarşılaşacaq.
Tunisin “Esperans” klubu isə Asiya Çempionlar Liqasının noyabrda müəyyənləşəcək qalibi ilə görüşəcək.
Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey”in qarşılaşacağı cütün qalibi üz-üzə gələcək.
“Esperans”ın yer aldığı cütün qalibi də KONMEBOL-da qalib olacaq kollektivi sınağa çəkəcək.
Qeyd edək ki, klublararası DÇ dekabrın 11-dən 21-dək keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət