Dünya çempionatında Azərbaycan şahmatçıları Rusiya yığması ilə mübarizə aparacaq
Martın 11-də Astanada komandalararası dünya çempionatının altıncı turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, birgünlük istirahətdən sonra Azərbaycanın kişi şahmatçıları turnir cədvəlinin reytinq favoriti Rusiya yığması ilə qarşılaşacaqlar. Şahmatçılarımız Arkadi Naydiç Sergey Karyakin, Rauf Məmmədov Yan Nepomnyaşi, Qədir Hüseynov Aleksandr Qrişuk, Eltac Səfərli isə Dmitri Andreykin ilə gücünü sınayacaqlar.
Beşinci turda komandamız ABŞ yığması üzərində parlaq qələbə qazanıb - 3:1. Beş turun nəticəsinə görə, Azərbaycan komandasının aktivində 3 xal var. Rusiya 9 xalla turnir cədvəlinin lideridir. İngiltərə və Hindistan 7 xal, ABŞ, Çin və İran 5 xal, Qazaxıstan və İsveç isə 4 xal toplayıb.
Altıncı turda İsveç - ABŞ, Hindistan - Qazaxıstan, İran - İngiltərə, Misir - Çin görüşləri keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət