Dərc edildi: Baxış sayı: 551
Dünya çempionatı: Hacı Əliyevin ilk rəqibi bəlli olub
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, 6-cı yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. 57 kq çəki dərəcəsində çıxış edən Mahir Əmiraslanov təsnifat mərhələsində Ulukbek Zholdoşbekovla (Qırğızıstan) üz-üzə gələcək. 3 qat dünya və Avropa çempionu Hacı Əliyev (65 kq) isə eyni mərhələdə Rusiya təmsilçisi Hacımurad Raşidovla güləşəcək.
Qadın güləşçilərdən Elmira Qəmbərova (62 kq) 1/16 finalda rumıniyalı Krista İntsi ilə, İrina Netreba (68 kq) isə eyni mərhələdə İvett Zi (Burkino-Faso) ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət