Slimfit
  1. DÜNYA

Dünya bu bacılardan danışır: 4 il boyunca kişi qiyafəsinə girib kişiləri...

Dünya bu bacılardan danışır: 4 il boyunca kişi qiyafəsinə girib kişiləri...
Sakura

Hindistanın Uttar Pradeş əyalətində maraqlı və bir o qədər ürəkdağlayan hadisənin üstü açılıb

Hindistanın Uttar Pradeş əyalətində maraqlı və bir o qədər ürəkdağlayan hadisənin üstü açılıb.

Publika.az xəbər verir ki, 16-18 yaşlı Neha və Cyoti adlı 2 bacının bərbər ataları xəstələnib. Bacılar ailənin tək çörək ağacı olan bərbərxananı işlətmək üçün 4 il boyunca kişi qiyafəsinə giriblər.

Onlar qorxublar ki, həmin bölgədə yaşayan kişilər qarşı cinsdən olan birinə saç və saqqallarını kəsdirməz. Buna görə də ataları xəstələnəndən bir müddət sonra görünüşlərini dəyişdirib işləməyə başlayıblar. Bacılar adlarını da dəyişdirərək Deepak və Raju qoyublar.

Kənddən olan bir neçə kişi onları sonradan tanısa da, başqa kənddən gələn müştərilər heç nədən şübhələnməyiblər. Bacılar günorta məktəbdən gəldikdən sonra bərbərxananı açır və gündə təxminən, 400 rupi (6 dollar) qazanırlar.

Bacıların sirrinin üstü açıldıqdan sonra böyük bacı artıq saçlarını uzatmağa başlayıb. Onlar artıq heç bir şeydən qorxmadıqlarını dilə gətiriblər. Bacıların həyat hekayəsi yerli mediada işıqlandırıldıqdan sonra hökumət də hərəkətə keçib və onlara pul mükafatı verib.

Uşaqların atası Dhruv Narayan isə onların işləmək məcburiyyətində qaldığından kədərləndiyini, amma qızları ilə qürur duyduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR