Dərc edildi: Baxış sayı: 230
Dünya bazarlarında buğda kəskin bahalaşır
Rusiyanın taxıl sazişindən çıxması və Ukrayna limanlarına hücumun qlobal tədarüklərə uzunmüddətli təsir göstərəcəyi ilə bağlı artan qorxular fonunda Çikaqo buğda fyuçerslərində qiymətlər 1,6% artıraraq üç həftənin ən yüksək səviyyəsinə çatıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Trading Economics” məlumat yayıb.
“Ötən gün Çikaqoda buğda üçün sentyabr müqavilələrinin kotirovkaları 8,5% artıb ki, bu da 2012-ci ildən bəri ən yüksək gündəlik göstəricidir. Çikaqo Ticarət Birjasında ən aktiv buğda müqavilələri buşel (27.216 kq) üçün 7,39 dollara yüksəlib. İyunun 27-dən etibarən bazar maksimuma həddə çatıb. Paris birjasında buğdanın qiymətləri də bahalaşıb - 8% artım”, - məlumatda deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət