Dərc edildi: Baxış sayı: 337
Dünya bazarında neft cüzi ucuzlaşıb
Qlobal bazarda neftin qiymətləri cümə günü səhər təxminən 0,6 % düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust füçersləri 0,61 % ucuzlaşaraq 1 bareli 75,5 ABŞ dollarına satılıb. WTI markalı neftin iyul füçerslərinin qiyməti 0,65 % düşərək 70,83 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “OPEC+” alyansı 2024-cü ildən neft hasilatının ümumi hədəf səviyyəsini gündəlik təxminən 1,4 milyon barel azaldaraq 40,46 milyon barelə endirilməsi ilə bağlı qərar qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət