Dərc edildi: Baxış sayı: 483
Dünya Bankının regional direktoru Azərbaycana gəlir
Martın 4-də Dünya Bankının Cənubi Qafqazüzrə regional direktoru Mersi Tembon Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, 3 gün davam edəcək səfərin əsas məqsədi Bakıda keçiriləcək konfransda iştirak etməkdir.
Belə ki, martın 6-da Azərbaycan paytaxtında iqtisadiyyatın şaxələndirilməsi mövzusunda konfrans təşkil olunacaq. Konfransda M.Tembonla yanaşı Azərbaycan hökumətinin iqtisadi komandasına daxil olan rəsmi şəxslər iştirak edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət