Slimfit
  1. İQTİSADİYYAT

Dünya Bankı: dünya yeni borc böhranı astanasındadır

Dünya Bankı: dünya yeni borc böhranı astanasındadır
Sakura

Dünya Bankı: dünya yeni borc böhranı astanasındadır

Dünya Bankının analitikləri qlobal iqtisadi perspektivlər (GEP) ilə bağlı iki illik hesabatında son 50 ildə borc yığımının dörd dalğasının meydana gəldiyini qeyd edirlər.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, 2010-cu ildə başlayan bu dalğa, 1970-ci illərdən bəri qlobal borcların “ən böyük, ən sürətli və ən iddialı böyüməsi” sayılır.

Bank analitiklərinin fikrincə, faiz dərəcələrinin aşağı olması orta müddətli perspektivdə borcun yüksək həddə çatması riskini bir qədər azaldır. Buna baxmayaraq, borcun əvvəlki üç dalğası inkişaf etməkdə olan və bazar iqtisadiyyatı formalaşma mərhələsini keçən ölkələrdə maliyyə böhranları ilə nəticələnib.

“Borc yığımının əvvəlki dalğalarının tarixi onların olduqca üzücü nəticələrə gətirib çıxardığını göstərir. Qlobal ekosistemdə siyasətin yaxşılaşdırılması tədbirləri mövcud borc dalğası ilə əlaqəli risklərin minimuma endirilməsi üçün vacibdir”, – deyə Dünya Bankının perspektivlər Qrupunun direktoru Ayxan Kose bildirir.

Dünya Bankı 2018-ci ildə dünya borcunun rekord səviyyəyə çatdığını bildirir – ÜDM-un 230%. İnkişaf etməkdə olan, iqtisadiyyatı formalaşma mərhələsindən keçən ölkələrdə bu göstərici 55 trilyon dollar və ya ÜDM-un 170%-ni təşkil edib.

Borc yükünün böyük hissəsi Çinin payına düşür. Məlum olub ki, dünya borcunun “dördüncü dalğası”  əvvəlkilərə çox bənzəyir: dəyişən maliyyə landşaftı, artan zəiflik və borc vəsaitin qeyri-effektiv istifadəsi ilə bağlı narahatlıqlar. Xatırladaq ki, dünya borcunun əvvəlki üç dalğası 1970-1989, 1990-2001 və 2002-2009-cu il aralığında qeydə alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR