Slimfit
  1. AZƏRBAYCAN

Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə Bəyanat yayıb

Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə Bəyanat yayıb
Sakura

Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə Bəyanat yayıb

Dünya Azərbaycanlıları Assambleyası Brüssel və Los-Anceles şəhərlərində erməni diaspora fəallarının azərbaycanlılara qarşı hücumu ilə bağlı Bəyanat yayıb.

Assambleyadan APA-ya verilən məlumata görə, Bəyanatda deyilir:

"22.07.2020 tarixində Azərbaycan Ermənistan sərhədində  Ermənistan silahlı qüvvələrinin əldə olunmuş atəşkəs razılaşmasının pozaraq hərbi təcavüz siyasətini davam etdirərək mülkü yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə  zərbələr endirməsinə etiraz olaraq keçirdikləri dinc aksiyasına Ermənistan diaspora fəallarının  kobud və qanunsuz müdaxiləsini qətiyyətlə pisləyir və qanunsuz əməlləri törədənlərin ciddi şəkildə cəzalanmasını həm Belçika həm Amerika Birləşmiş Ştatları həm də Belçika  Krallığı  hüquq mühafizə əməkdaşlarından tələb edirik. Habelə bildiririk ki, bu qanunsuz əməllər nəticəsində Azərbaycan diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıtılara məruz qalıb, şüsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilmişdir. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilmiş və hazırda müalicələrini davam etdirirlər. 

Bildirmək istəyirik ki, insan hüquqlarıyla bağlı beynəlxalq qanunlara əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Lakin, bu hüquqlar digər vətəndaşların hüqularını tapdalamamalıdır. Sərbəst toplaşmaq hüquq təmin edilsə də, orda iştirak edən azərbaycanlıların təhlükəsizliyi və səfirlik binasının təhülkəsziliyi təmin olunmayıb. Belçika və Amerika polislərini vəzifələrini düzgün icra etməyə dəvət edirik. Təəssüf ki, Los-anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməmişdir.

Bununla əlaqədar bildiririk ki, həmin ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal baş vermiş xoşagəlməz hadisəylə bağlı hüquqi ölçü götürməyə dəvət edirik. Baş verəcək hər hansısa qanunazidd hadisələrə görə Ermənistan hakimiyyəti, Ermənistan səfirliyi və Ermənistan diaspora liderləri məsuliyyət daşıyacaqdır.

Dünya Azərbaycanlıları Assambleyası diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR