Slimfit
  1. ELM

Dul insanlar daha tez ölür

Dul insanlar daha tez ölür
Sakura

Mütəxəssislər araşdırma çərçivəsində 3 ay müddətində yaxınlarını itirmiş 99 nəfər müayinə edilib.

Amerikanın Rays Universitetinin alimləri dul insanların niyə erkən öldüyünü araşdırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, depressiya orqanizmdə müəyyən dəyişikliklərə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Mütəxəssislər araşdırma çərçivəsində 3 ay müddətində yaxınlarını itirmiş 99 nəfəri müayinə ediblər. Könüllülərdən itkini necə yaşadıqları soruşulub. Araşdırmaçılar depressiyanın müəyyən edilməsi üçün qan analizləri də götürülüb.

Müəyyən olunub ki, həyat yoldaşının ölümündən çox təsirlənən şəxslərdə qanda iltihablaşdırıcı proteinlər - sitokinlər FN-γ, IL-6 və TNF-α-nın səviyyəsi yüksək olub.

Alimlərin sözlərinə görə, bu araşdırmanın nəticələri bir daha sübut edir ki, dul qalmış insanlar daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR