Dərc edildi: Baxış sayı: 572
Dubayda selfi muzeyi açıldı
Dünyanın ilk selfi muzeyi fəaliyyətə başlayıb.
TED.az xəbər verir ki, Dubayda “Selfi Krallığı” adlanan ilk selfi muzeyi fəaliyyətə başlayıb.
“Selfi Krallığı” maraqlı selfi çəkə bilməyinizə şərait yaradan 15 otaqdan (salondan) ibarətdir. Muzeyin salonları işıqlandırma və kreativ interyeri ilə fərqlənir.
Muzeyin memarları bildirirlər ki, otaqların interyeri hər ay yenilənəcək.
Qeyd edək ki, ziyarətçilərin foto “ziyarəti” 15 ABŞ dollarına başa gələcək.
Muzey gündəlik 11:00-dan 20:00-dək açıqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət