Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Dubay universitetlərində azad iqtisadi zonalar yaradılacaq

Dubay universitetlərində azad iqtisadi zonalar yaradılacaq
Sakura

Dubay universitetlərində azad iqtisadi zonalar yaradılacaq

Dubay universitetlərinin nəzdində tələbələrin işgüzar və yaradıcı fəallığının artırılmasının təşviqi məqsədilə azad iqtisadi və kreativ zonalar yaradılacaq.

AZƏRTAC xəbər verir ki, Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Maktum bununla əlaqədar strategiya imzalayıb. Strategiyanın məqsədi tələbələrin təhsilinə, araşdırmaların aparılmasına və maliyyələşdirilməsinə dəstək göstərilməsi və yeni nəsil müvəffəqiyyətli iş adamlarının hazırlaşdırılmasıdır. Bu strategiya Dubayın 50 il ərzində Yer kürəsinin ən yaxşı şəhərinə çevrilməsi planının bir hissəsidir.

Bu planın reallaşması sayəsində tələbələr öz arzu və təşəbbüslərini həyata keçirə biləcək, dünya isə yeni nəsil - uğurlu lider və biznesmenlər qazanacaq.

Sözügedən strategiya “Dubai Future” fondunun digər dövlət qurumları ilə əməkdaşlığı çərçivəsində hazırlanıb. Sənədə əsasən aparıcı beynəlxalq araşdırma institutları və universitetləri ilə əməkdaşlıq da həyata keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR