Slimfit
  1. MARAQLI

Dubay şeyxi və xanımı "Bakı kafesi"ndə

Dubay şeyxi və xanımı "Bakı kafesi"ndə
Sakura

Dubay şeyxi və xanımı "Bakı kafesi"ndə

Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Məhəmməd bin Rəşid və xanımı şahzadə Hayyanın “Siti Uolk” istirahət mərkəzində fotoşəkilləri yayılıb. Kral ailəsi buradakı kafelərin birində Azərbaycan mətbəxindən olan xörəkləri dadıblar.

Dubay şeyxi Muhəmməd bin Rəşid Al Məktumun kafeyə gəlişi kütləvi informasiya vasitələrində maraqla qarşılanıb. İnsanlar kral ailəsini öz aralarında görməkdən məmnunluq duyublar.

Publika.az xəbər verir ki, ötən həftə Şeyx Məhəmməd və xanımı şahzadə Hayya bin Hüseyn “Siti Uolk” mərkəzinin "Bakı kafesi" adlı məkanında əyləşib, Azərbaycan milli mətbəxindən olan təamlardan zövq alıblar.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən əldə olunan məlumata görə, cütlük kafenin ilk müştərilərindəndir. Onlar hətta bu məkanın açılışında iştirak ediblər.

Kafedə hazırlanan sac xörəkləri və yarpaq dolması şeyxin ən sevimli yeməklərindədir.

Əldə olunan məlumata görə, şeyx "Siti Uolk"da yerləşən kafelərə tez-tez gəlir, "Bakı kafesi" ilə yanaşı “Farzi kafé” də onun sevimli məkanı sayılır.

Şeyx haqda bir maraqlı məlumat da odur ki, 68 yaşlı əmirin 9 oğlu, 14 qızı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR