Dubay polisi koronavirus xəstələrini tanıyan “ağıllı” dəbilqə geyinir
Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) polislər COVID-19 xəstələrini müəyyənləşdirən infraqırmızı kameralar və texnologiyalarla təchiz olunmuş “ağıllı” dəbilqələrdən istifadə etməyə başlayıb.
Bu barədə “Khaleej Times” qəzeti yazır.
“Dəbilqələr bir dəqiqə ərzində beş metr məsafədə 200 insanda temperaturu skan edə bilir. Müşahidə sahəsinə yüksək temperaturlu şəxs düşdüyü halda, dəbilqə siqnal verir. Bu cür texnologiyalarla Dubayın bütün polis şöbələri, metro stansiyalarında və avtobus dayanacaqlarındakı yoxlamalarda iştirak edən patrul xidməti əməkdaşları təchiz olunub”, - deyə nəşr qeyd edir.
BƏƏ COVID-19 xəstələrinin sayına görə, Fars körfəzinin altı ölkəsi arasında ikinci yerdədir. Cümə günü Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumata əsasən, son sutka ərzində ölkədə 525 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, pandemiya başlayandan ölkədə COVID-19-a yoluxanların ümumi sayı 9,2 mini ötüb, 64 nəfər ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət