Slimfit
  1. DÜNYA

Dubay Əmirinin təşəbbüsü ilə elektron mədrəsə işə salınıb

Dubay Əmirinin təşəbbüsü ilə elektron mədrəsə işə salınıb
Sakura

Dubay Əmirinin təşəbbüsü ilə elektron mədrəsə işə salınıb

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun təşəbbüsü ilə ərəb dünyasında ən böyük elektron təhsil platforması – elektron mədrəsə işə salınıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “Məhəmməd bin Rəşid Al Maktumun qlobal təşəbbüsləri” Fondunun unikal inqilabi layihəsi olan mədrəsə bütün dünyada 50 milyondan çox ərəb tələbəyə ərəb dilində pulsuz tədris materialları təqdim edir.

Müxtəlif fənlər, o cümlədən riyaziyyat fənni üzrə 5 min maarifləndirici videoçarx istifadəyə verən platforma uşaq bağçasından tutmuş məktəbin buraxılış sinfinədək müxtəlif yaşlı şagirdlər üçün nəzərdə tutulub.

Təşəbbüsün həyata keçirildiyini elan edən Şeyx Məhəmməd bin Rəşid qeyd edib ki, ”region üçün daha gözəl gələcəyin yaradılması məktəbdən başlayır, elektron təhsil isə ərəb dünyasının müxtəlif ölkələrində insanların bilik səviyyəsində fərqi aradan qaldırmağa kömək edəcək. Dubay Əmirinin sözlərinə görə, onlar hər bir ərəb uşağını yüksək səviyyəli təhsillə təmin etməyə çalışırlar. Bu texnologiya elmi potensialını inkişaf etdirməsi üçün milyonlarla ərəb tələbə qarşısında da geniş imkanlar açır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR