Dərc edildi: Baxış sayı: 458
Dekabrın 3-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib
Dekabrın 3-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.
Axar.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadən xəbər ki, “Flydubai” aviaşirkətinin bu günə olan “FZ 733” saylı Dubaydan Bakıya olan uçuşu ləğv olunub.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Flydubai” aviaşirkətinin 19:05-də Bakıdan Dubaya olan “FZ 734” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boinq B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.
Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət