Slimfit
  1. CƏMİYYƏT

DTX-nin tutduğu nazir müavini və xidmət rəisini gözləyən cəzalar - Hüquqi izah

DTX-nin tutduğu nazir müavini və xidmət rəisini gözləyən cəzalar - Hüquqi izah
Sakura

DTX-nin tutduğu nazir müavini və xidmət rəisini gözləyən cəzalar - Hüquqi izah

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mayın 8-də keçirdiyi əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.

Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmədə təqsirləndirilir.  

Məhkəmənin qərarı ilə onlar barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri həbs-qətimkan tədbiri seçilib. 

Bəs həmin məmurları hansı cəza gözləyir?

Ens.az xəbər verir ki, Oxu.Az mövzunu araşdırmağa çalışıb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək əməllərinə görə məsuliyyət Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə müəyyən edilir.

Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Şəxs tərəfindən eyni əməllər külli miqdarda törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum edilir.

Burada “Xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

Cinayət Məcəlləsinin 179-cu maddəsi isə mənimsəmə ilə bağlıdır.

Mənimsəmə üçün ən ağır cəza 10 il azadlıqdan məhrum edilməkdir.

Cinayət Məcəlləsinin 313-cü maddəsi vəzifə saxtakarlığına görə cəzaları müəyyən edir.

Bu əmələ görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamlarla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad olunublar.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR