Slimfit
  1. CƏMİYYƏT

DTX-nin rəisi: "Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır"

DTX-nin rəisi: "Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır"
Sakura

DTX-nin rəisi: "Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır"

"Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə deyib.

General-polkovnik Əli Nağıyev bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR