Slimfit
  1. CƏMİYYƏT

DSX rəisi koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib

DSX rəisi koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib
Sakura

DSX rəisi koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.

Bu barədə "Report"un əraziyə ezam olunan əməkdaşı məlumat verib.

E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir: "Azərbaycan ərazisində koronavirus halı müşahidə olunmayıb, bu səbəbdən həyacana və panikaya əsas yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır".

DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.

"Report"un əməkdaşı bildirir ki, İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan profilaktik tədbirlərini həyata keçirir. Bu tədbirlərin davamı olaraq Biləsuvar və Astara gömrük-keçid məntəqələrində profilaktika işləri aparılır. İnsanların İrandan Azərbaycana gətirdiyi ərzaq məhsullar 3 gün ərzində xüsusi laboratoriyadan keçirdikdən sonra vətəndaşlara qaytarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR