DSX-nın hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb.
"Report"un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar müəllim”
Quliyeva Şöhrət Rüfət qızı
“Əməkdar həkim”
Məmmədov Fariz Nurəddin oğlu – tibb xidməti polkovnik-leytenantı
Abasov Rahil Fəyaz oğlu – tibb xidməti mayoru
“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Mirzəyev Elşən Cəbrayıl oğlu – polkovnik
Həsənov Adil Məmməd oğlu
“Əməkdar mühəndis”
Mustafayev Elman Tapdıq oğlu – polkovnik
Yusifov Azər Əlfrat oğlu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət