Dərc edildi: Baxış sayı: 515
DSX-da “qaynar xətt” yaradıldı
Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli “qaynar xətt” xidməti fəaliyyətə başlayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenicag.az-a bildirilib ki, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə – 16-58, bölgələr üzrə – 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün – 16-58 təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət