Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

DST-nin hepatitdən müdafiə üzrə tövsiyələri

DST-nin hepatitdən müdafiə üzrə tövsiyələri
Sakura

DST-nin hepatitdən müdafiə üzrə tövsiyələri

Ümumdünya Hepatit Günü ilə əlaqədar Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosu yay məzuniyyətləri dövründə, xüsusən də əgər siz xaricdə dincəlirsinizsə, bu xəstəliyə yüksək yoluxma ehtimalı barədə xəbərdarlıq edir. Onlar bu infeksiyadan qorunmağın yollarını izah edirlər.

AZƏRTAC bu barədə təşkilatın saytına istinadla xəbər verir.

Hepatitin 3 növündən ən təhlükəlisi A hepatitidir. Ondan adi gigiyena qaydalarına riayət etməklə qorunmaq mümkündür. Getdiyiniz yerdə ilkin olaraq suyun içməyə yararlı olduğuna diqqət edin. Əgər bu, belə deyilsə, o zaman qaynadılmış və yaxud şüşəyə doldurulmuş sudan istifadə edin. Özü də təkcə içmək üçün deyil, dişlərinizi yumaq üçün də. Yaddan çıxarmayın ki, sizin içkinizdə olan buz xəstəliyə yoluxmuş sudan hazırlana bilər. A hepatiti virusu əvvəlcə ələ, sonra orqanizmə düşə bilər. Məsələn, siz bazarda meyvə və tərəvəzə əl vurursunuz. Buna görə də mütəxəssislər meyvə-tərəvəzi soymağı və yumağı məsləhət görürlər. Çiy və yaxşı qızardılmayan balıq və ət yeməyin. Əllərinizi tez-tez sabunla yuyun.

Hepatit B bu xəstəliyə yoluxmuş insanın qanı və ya orqanizmindəki digər maye ilə təmas zamanı ötürülür. Təhlükə barədə şübhələnmədən siz manikür, pedikür, pirsinq və ya döymələr zamanı – sanitar-gigiyena standartlarına riayət olunmayan yerlərdə yoluxa bilərsiniz. Virusa yoluxmanın mümkün yollarından biri də intim münasibətdir. Bu, C hepatitinə yoluxmaya da aiddir. Lakin qanköçürmə və stomatoloji prosedurlar zamanı yoluxma ehtimalı daha yüksəkdir.

B və C hepatitlərini “sakit” xəstəlik adlandırırlar. Çünki bir çox hallarda bu xəstəliklər hər hansı bir əlamətlə müşayiət olunmur. Bununla yanaşı, bu xəstəliklər qaraciyərin ağır zədəsinə və hətta xərçəngə gətirib çıxara bilər. Buna görə də, əgər siz şübhələnirsinizsə, o zaman hepatitin yoxlanması üçün analiz verin.

Lakin A və B hepatitlərindən ən etibarlı müdafiə vaksinləmədir. Birinci tip üçün iki vaksin dozası, ikinci tip üçünsə üç vaksin dozası tələb olunur. Hər iki halda zəmanət 20 ilə bərabərdir.

DST-də iyulun 28-i Ümumdünya Hepatit Günü kimi təsis edilib. Bundan məqsəd bu yoluxucu xəstəliyin necə təhlükəli olmasına və ona qarşı mübarizə aparmağa diqqəti çəkməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR