Dərc edildi: Baxış sayı: 300
DSMF sədri: "Özəl pensiya fondlarının yaradılması ilə bağlı razılaşdırma prosesi gedir"
Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
DSMF sədri bildirib ki, bu sahədə investisiyalar uzunmüddətli hesablandığından bu məsələ həssas mövzudur: "Ona görə də bu sahədə müvafiq bazada tənzimlənmə aparılmalıdır. Qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Yekunda müvafiq sənədlər Milli Məclisə göndəriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət