Slimfit
  1. İQTİSADİYYAT

DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ

DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ
Sakura

DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərclərinin həcminin dəyişdirilməsi gözlənilir.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki,bununla bağlı “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.

Qeyd edək ki, 2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənmişdi. Xərclər də eyni məbləğdə müəyyən olunub.

Layihədə isə bildirilib ki, Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənsin.

Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır.

2020-ci ilin dövlət büdcəsinə dəyişiklə bağlı layihənin izahatında DSMF-nin gəlir və xərclərinin azalma səbəbləri göstərilib.

Qeyd olunub ki, azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub.

“Dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılıb.

Bu məbləğ pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldilir”, - deyə izahatda bildirilib.

Layihə Milli Məclisin avqustun 4-dən etibarən keçiriləcək növbədənkənar sessiyasının iclaslarında müzakirə ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR