Slimfit
  1. ELM

Doyunca yatmamaq “qeyri-sağlam” qidalanmaya meylliliyi gücləndirir

Doyunca yatmamaq “qeyri-sağlam” qidalanmaya meylliliyi gücləndirir
Sakura

Alimlər bunu sübut ediblər

Yuxuya kifayət qədər vaxt ayırmayan uşaqlar və yeniyetmələr kifayət qədər yatanlardan daha tez-tez yanlış qidalanırlar və oturaq həyat tərzi sürürlər. Amerikanın Ratger Universitetinin mütəxəssisləri iddia edirlər ki, uzun müddətli perspektivdə bu piylənmənin inkişafına gətirib çıxarır.

Alimlər 8 yaşından 17 yaşına qədər olan 177 min uşaq və yeniyetmənin nə qədər müddətdə yatdıqlarını izləyiblər və aydınlaşdırıblar ki, onların 40%-i onların yaşı üçün məsləhət görülən vaxtdan daha az ayırıblar. Sonrakı müşahidələr göstərdi ki, kifayət qədər yatmayan gənc iştirakçılar çox vaxt səhər yeməyindən imtina edirdilər və faydalı məhsullar əvəzinə fastfuda üstünlük verirdilər, həmçinin oturaq həyat tərzinə daha çox meylli idilər. Hərçənd bunun özlüyündə səbəb-nəticə əlaqəsini izləməsinə imkan verməsinə baxmayaraq mütəxəssislər güman edirlər ki, doyunca yatmamaq qidalanmada yanlış vərdişlərin formalaşmasının səbəblərindən biri ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, əgər onların təklifləri həqiqətə uyğundursa, yuxu üçün kifayət qədər vaxtın ayrılması uşaqlara artıq çəkinin yaranmasından qaçmağa kömək edə bilərdi.

Elmi iş dərc olunub

Bu yaxınlarda Pensilvaniya ştatının universitetinin alimləri bildiriblər ki, yetkin yaşda doyunca yatmamaq digər ciddi problemə - susuzlaşmaya gətirib çıxara bilər. Alimlər iddia edirlər ki, doyunca yatmayan insanların 16-59%-i orqanizmə kifayət qədər su çatmamasından əziyyət çəkirlər. Buna baxmayaraq, mütəxəssislər bildiriblər ki, səbəb orqanizmin suyu mənimsəməsinə “cavabdeh olan” vazopressin hormonunun yanlış işidir.

Müəyyən araşdırmalara əsasən, yuxuya kifayət qədər ayrılmayan vaxt həmçinin ürək-damar sisteminə təsir göstərə və insanın daha qapalı olmasına gətirib çıxara, həmçinin onun maşın sürmə bacarığına mənfi təsir göstərə bilər.

 

Mənbə: Mk.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR