Slimfit
  1. İQTİSADİYYAT

Dövlətin əmlakları satışa çıxarıldı - Hərrac keçiriləcək

Dövlətin əmlakları satışa çıxarıldı - Hərrac keçiriləcək
Sakura

Dövlətin əmlakları satışa çıxarıldı - Hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi 27 dövlət əmlakını satışa çıxarıb. 

Komitədən Oxu.Az-a verilən xəbərə görə, dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq istəyən şəxslər üçün növbəti iştirak imkanı 1 oktyabr tarixində keçiriləcək hərracda yaradılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın ilk hərracına ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, beşi nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.

Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki "Şəmkir" Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30 faizlik həcmində səhm paketi  özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var. 

Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR