Slimfit
  1. SİYASƏT

Dövlətçiliyimizin əsası Ulu Öndərin rəhbərliyi ilə qoyuldu - Kamaləddin Qafarov

Dövlətçiliyimizin əsası Ulu Öndərin rəhbərliyi ilə qoyuldu - Kamaləddin Qafarov
Sakura

Dövlətçiliyimizin əsası Ulu Öndərin rəhbərliyi ilə qoyuldu - Kamaləddin Qafarov

12 dekabr böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Məhz Ulu Öndərin parlaq zəkası və siyasi uzaqgörənliyi ölkəmizi 1991-ci ildən 1993-cü ilə qədər davam edən hökumət və dövlət böhranından xilas etdi.1991-1992-ci illərdə ölkə rəhbərliyinin səriştəsizliyi, prinsipsizliyi və zəifliyi birbaşa xaricdən dəstək alan separatçı qüvvələrin güclənməsinə yol açmış, xüsusilə respublikanın şimal və cənub bölgələrində artıq yeni marionet dövlətlərin yaradılmasına bütün hazırlıqlar görülmüşdü. Ermənistanın silahlı qüvvələri isə, ölkəmizdə hökm sürən hərc-mərclikdən yararlanaraq Qarabağı və qərb rayonlarımızı güclü müqavimətlə rastlaşmadan işğal edirdilər. Artıq 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq vətəndaş müharibəsinin bir addımlığında idi.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

Deputat həmin mürəkkəb və həlledici dövrdə Yeni Azərbaycan Partiyasının yaradılmasını ölkənin mövcud böhrandan çıxarılması istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb:

“1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addım oldu. Ulu Öndərin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi”.

K.Qafarov 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”ni ölkəmizin yeni iqtisadi inkişaf mərhələsinin təcəssümü kimi səciyyələndirib:

“1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsini yaratdı. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil edildi. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi və növbəti mərhələlərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Bununla müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən ən mühüm vasitə əldə olundu.”

Deputat “Heydər Əliyev İli”ndə əldə olunmuş ən əhəmiyyətli nailiyyətlərdən bəhs edərək deyib:

“Bu gün Azərbaycan Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla inkişaf etdirdiyi Heydər Əliyev kursu ilə öz yoluna davam edir. Bu yolda əldə olunan parlaq qələbələr, ilk növbədə, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi bir daha sübut etdi ki, xalqımız Ulu Öndərin misilsiz fədakarlığına, siyasi irsinə və bizlər üçün qoyduğu ən böyük mirası olan müstəqil Azərbaycan dövlətinə layiq xalqdır. Bu ilin sentyabr ayında isə Azərbaycan növbəti dəfə öz gücünü göstərməli oldu.

Sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatı cəmi bir gün davam etdi. Azərbaycan Ordusu bu dəfə də peşəkarlıq və fədakarlıq göstərərək qısa müddət ərzində düşməni təslim olmağa məcbur etdi. Separatçıların 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejim birdəfəlik ləğv edildi. Ölkəmizin suverenliyi tam bərpa olundu. Azərbaycan bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi ilə inkişaf edəcək, güclənəcək və heç bir qüvvə ölkəmizin getdikcə daha zəngin və çiçəklənən bir dövlətə çevrilməsi prosesinin qarşısını ala bilməyəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR