Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Xidmətinin tabeliyinə verilən qoruqlar

Dövlət Xidmətinin tabeliyinə verilən qoruqlar
Sakura

Dövlət Xidmətinin tabeliyinə verilən qoruqlar

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirilib.

Mədəniyyət Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, müşavirə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqların nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsinə həsr olunub.

Nazir bildirib ki, nazirliyin tərkibində mövcud olan qoruqlar bundan sonra birbaşa dövlət xidmətinin tabeliyinə verilir: “Bunlar Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, “Pir Hüseyn xanəgahı” tarix-memarlıq qoruğu, Lahıc tarix-mədəniyyət qoruğu, “Çıraqqala” tarixi-memarlıq qoruğu, “Şabran şəhəri” tarixi qoruğu, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, Gəncə Dövlət tarix-mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi kompleksi, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğu, İlisu Dövlət tarix-mədəniyyət qoruğu, Zaqatala tarix-mədəniyyət qoruğu, Şuşa Dövlət tarix-mədəniyyət qoruğu və Quba şəhərindəki Soyqırımı Memorial Kompleksidir”.

Ə. Qarayev vurğulayıb ki, indi qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu və Qəbələdəki qoruqlarda elmi tədqiqat işləri aparılır. “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda da Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə tədqiqat işlərinə başlanılıb. Bu araşdırmalar bütün qoruqlarımızı əhatə etməlidir. Qoruqların dəqiq xəritələri hazırlanmalı, mühafizə zolaqları müəyyən olunmalıdır. Eyni zamanda qoruqların hər birinin saytı yaradılmalı və bu saytlarda həmin qoruqlar haqqında müfəssəl məlumatlar yerləşdirilməli, onların daxil olduğu marşrutlar göstərilməlidir”.

Müşavirədə o da bildirilib ki, nazirliyin tabeliyində olan qoruqların bir qismi turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində, “Mədəniyyət haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR