Slimfit
  1. CƏMİYYƏT

Dövlət Xidmətindən sənədsiz evlərlərlə bağlı vacib xəbər

Dövlət Xidmətindən sənədsiz evlərlərlə bağlı vacib xəbər
Sakura

Dövlət Xidmətindən sənədsiz evlərlərlə bağlı vacib xəbər

Özbaşına tikilən evlərin sənədləşdirilməsi qanunverilikdə nəzərdə tutulmayıb. Bu məsələ mövcud qanunvericiliyə dəyişiklik edilməsi yolu ilə təmin ediləcəkdir.

Ens.Az-ın məlumatına əsasən,bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Referans.az saytının sorğusuna cavab olaraq bildirilib.

“Daşınmaz əmlaka, o cümlədən fərdi yaşayış evlərinə dair çıxarışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş sənədlər siyahısında qeyd olunan hüquqmüəyyənedici sənədlərin təqdim olunması zəruridir. Qeyd olunan sənədlər təqdim olunmadığı təqdirdə hüquqların qeydiyyatının aparılması mümkün olmur. O cümlədən, ev üzərində hüquqların qeydiyyata alınması üçün onun yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla ayrıldığını təsdiq edən sənədin olması zəruridir. Hüquqların qeydiyyatı məhz müvafiq sənədlərin olduğu təqdirdə həyata keçirilir.

Qüvvədə olan qanunvericiliklə özbaşına tikililərin sənədləşdirilməsi nəzərdə tutulmamışdır. Bu məsələ mövcud qanunvericiliyə dəyişiklik edilməsi yolu ilə müvafiq normativ hüquqi akt əsasında tənzimləndikdə vətəndaşlar tərəfindən inşa olunmuş özbaşına tikintilərin sənədləşdirilməsi təmin ediləcəkdir. 

Çıxarışın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan sənədlər varsa və hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslar yoxdursa qeydiyyatın aparılması təmin edilir. Əks halda çıxarışın verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR