Slimfit
  1. SİYASƏT

Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qaliblərinin gələcək fəaliyyət planları müzakirə edilib

Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qaliblərinin gələcək fəaliyyət planları müzakirə edilib
Sakura

Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qaliblərinin gələcək fəaliyyət planları müzakirə edilib

Azərbaycanda mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qaliblərin peşəkar inkişafı və gələcək fəaliyyət planları müzakirə edilib.

Ens.az 525.az-a istinadən xəbər verir ki,  bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə görüşüb.

Görüşdə M.Abbasbəyli qalibləri təbrik edib, müsabiqənin onların bilik və bacarıqlarının təkmilləşməsində, həmçinin gələcək iş həyatında əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, müasir əmək bazarında yüksək ixtisaslı kadrlara tələbat artır. Milli iqtisadiyyatın inkişaf tələbləri yeni trendlərə uyğun peşələr üzrə insan kapitalının inkişafını zərurətə çevirib. Bu baxımdan səriştəli və liderlik keyfiyyətləri yüksək olan mütəxəssislərin önə çıxarılması və idarəetmə prosesinə cəlb edilməsi mühüm əhəmiyyətə malikdir.

M.Abbasbəyli Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq biznes mühitində rəqabətin təşviqi, istehlakçıların hüquqlarının qorunması üzrə həyata keçirilən tədbirlərlə bağlı öz təcrübəsini bölüşüb. Müsabiqə qalibləri fəaliyyət göstərdikləri sahələrdə gələcək inkişaf hədəfləri barədə fikirlərini qeyd ediblər. Görüş idarəetmədə müasir çağırışlar və tendensiyaların tətbiqi ətrafında müzakirələrlə davam etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR