Slimfit
  1. CƏMİYYƏT

“Dövlət vətəndaşların çətinliklərini başa düşərək yumşaldılmaya gedir”

“Dövlət vətəndaşların çətinliklərini başa düşərək yumşaldılmaya gedir”
Sakura

“Dövlət vətəndaşların çətinliklərini başa düşərək yumşaldılmaya gedir”

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva aprelin 27-dən ölkədə tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılacağına münasibət bildirib. 

Qafqazinfo” xəbər verir ki, AzTV-də qonaq olan Y. Qarayeva bildirib ki, son günlərdə ölkədə pozitiv tendensiya özünü göstərib: “Bundan sonra dövlətimiz və rəhbərliyimiz bizim vətəndaşların çətinliklərini başa düşərək, həm iqtisadi, sosial çətinlikləri, eyni zamanda psixoloji vəziyyəti nəzərə alaraq bu yumşaldılmaya gedir. Amma bundan sonra əsas rol bizim xalqımıza, onların məsuliyyət hissinə düşür. Bundan sonra həkimlərdən daha çox, xalqın məsuliyyətindən asılıyıq”.

O qeyd edib ki, müsbət dinamikanı sərtləşdirmə tədbirləri nəticəsində alıblar: 

“Həqiqətən çox narahatam. Son günlərdə əldə etdiyimiz bu müsbət nəticənin birdən-birə pisləşməsindən, itməsindən çox qorxuram. Deməli, biz bundan çıxanda da ehtiyatla çıxmalıyıq. Qaydaları birdən-birə pozsaq, yenidən xəstələnmənin sayının artmasını görə bilərik”.

Verilişin digər qonağı deputat, həkim Rəşad Mahmudov çıxışında ötən gün verilən yumşalma qərarının məntiqli bir hadisə olduğunu qeyd edib: “Çünki bilirsiniz ki, bu işin bir çox tərəfləri var. Bu sadəcə tibbi məsələ deyil, bunun sosial, iqtisadi, psixoloji tərəfləri var. Birdən verilən qərar deyildi. Ölkədə aparılan analizlər, dünyada olan tendensiyanın ekspertlərlə, Operativ Qərargahla və Ümumdünya Səhiyyə Təşkilatının ortaq bir qərarı kimi nəzərdən keçirilib”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR