Slimfit
  1. CƏMİYYƏT

Dövlət Su Ehtiyatları Agentliyinin strukturu hələ tam formalaşdırılmayıb

Dövlət Su Ehtiyatları Agentliyinin strukturu hələ tam formalaşdırılmayıb
Sakura

Dövlət Su Ehtiyatları Agentliyinin strukturu hələ tam formalaşdırılmayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strukturu hələ tam formalaşdırılmayıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib.

"Ötən ilin mart ayında Azərbaycan Prezidenti "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman" imzalayıb. Fərmana əsasən, yeni Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Eyni zamanda Agentliyin fəaliyyətinin təşkili ilə də bağlı fərman imzalandı. Bununla bağlı 6 alt qurum yaradılıb.

Tapşırıqlara əsasən, onların nizamnamələri, əsasnamələri hazırlanır. ADSE-nin strukturu formalaşana qədər, "Azərsu" ASC və "Meloirasiya və Su Təsərrüfatı" ASC öz fəaliyyətlərini davam etdirirlər", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün komitənin iclasında "Su təchizatı və tullantı suları haqqında" qanun layihəsi müzakirə olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR