Slimfit
  1. CƏMİYYƏT

Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına qəbul olmaq istəyənlər üçün yenilik

Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına qəbul olmaq istəyənlər üçün yenilik
Sakura

Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına qəbul olmaq istəyənlər üçün yenilik

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, bu dəyişikliklərə uyğun olaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

İndiyədək bu prosedur “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara şamil edilirdi.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR