Dərc edildi: Baxış sayı: 516
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik I oxunuşda müzakirəyə çıxarılıb
Parlamentin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
“Report” xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, qanunun 32-ci maddəsi ləğv edilir.
Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan 15 manat dövlət rüsumu ləğv edilir.
Qanun layihəsinə dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət