Slimfit
  1. AZƏRBAYCAN

Dövlət reyestrinin aparılması qaydalarını pozanlar cərimələnəcəklər

Dövlət reyestrinin aparılması qaydalarını pozanlar cərimələnəcəklər
Sakura

Dövlət reyestrinin aparılması qaydalarını pozanlar cərimələnəcəklər

Azərbaycanda dövlət reyestrinin aparılması qaydalarını pozanlar cərimələnəcəklər.

Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib. 

Həmin əlavələrə əsasən, daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq ediləcək.

Əlavələrdə qeyd edilir ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda nəzərdə tutulmuş qaydada məlumatların təqdim edilməməsinə görə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər 2500 manat məbləğində cərimə ediləcəklər.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2000 manat məbləğində cərimə edilirlər.

Dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR