Slimfit
  1. AZƏRBAYCAN

Dövlət qurumlarının saytları ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb

Dövlət qurumlarının saytları ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb
Sakura

Dövlət qurumlarının saytları ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb

Bu gün "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili" mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə nazirliklərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri iştirak ediblər.

"Azadinform.az" saytının baş redaktoru Niyaz Niftiyev bildirib ki, tədbiri keçirməkdə məqsəd qurumlar tərəfindən KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmə aparmaqdır:

"Bildiyiniz kimi, Mərkəz tərəfindən dövlət qurumlarının internet resurslarının fəaliyyəti və mətbuat xidmətlərinin vətəndaşların suallarının cavablandırılması istiqamətində monitorinq həyata keçirilir. Artıq bundan əvvəl ilk monitorinqimizi təqdim etmişik. Bu gün ikinci monitorinqin nəticələri elan olunacaq ki, orada 13 dövlət qurumunun fəaliyyəti ilə bağlı qiymətləndirmə ilə tanış olacaqsınız".

 

N.Niftiyev qeyd edib ki, növbəti monitorinq sentyabr ayında təqdim olunacaq: "Bəzən vətəndaşlar nazirlik və digər dövlət qurumlarına QHT-lər vasitəsilə çıxmağa çalışır, sosial şəbəkələrdə şikayətlər yerləşdirib müəyyən videolar yayırlar. Biz bu şəxslərin də profillərini araşdırıb onların saxta və ya həqiqi olduğunu öyrənmişik".

Baş redaktor bildirib ki, qiymətləndirmələr saytlarda aparılan monitorinqlər əsasında verilib: "Elə qurumlar var ki, onlar budəfəki monitorinqə daxil edilməyib. Monitorinq zamanı dövlət qurumlarının internet resurslarının vətəndaşlara nə dərəcədə faydalı olması prinsipinə üstünlük verilib. Fəaliyyəti yüksək qiymətləndirilən mətbuat xidmətləri var ki, onların həm internet saytlarında, həm də sosial şəbəkələrdə daim informasiyaları yenilənir, eləcə də vətəndaşların suallarını vaxtında cavablandırırlar. Güc strukturlarının xəbər yayımı ilə bağlı bir sıra məqamlar olduğu üçün onlar başa düşüləndir".

Onun sözlərinə görə, İcra hakimiyyətlərinin də saytlarında aparılan monitorinq zamanı məlum olub ki, onlar arasında aktiv və zəif yenilənənlər var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR