Slimfit
  1. CƏMİYYƏT

Dövlət qurumlarının ləğvi zamanı ixtisara düşən dövlət qulluqçuları - Harada işləməlidir

Dövlət qurumlarının ləğvi zamanı ixtisara düşən dövlət qulluqçuları - Harada işləməlidir
Sakura

Dövlət qurumlarının ləğvi zamanı ixtisara düşən dövlət qulluqçuları - Harada işləməlidir

Bir müddət öncə Azərbaycanda bir sıra dövlət qurumları ləğv edildi. Məsələn, Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin balansına keçirildi. Qeyd edilən ləğv zamanı avtomatik olaraq bir sıra dövlət qulluqçuları da işini itirmiş olur. Çünki bənzər departamentlər bir departmanetdə birləşdirilir.

Bu halda ixtisara düşən dövlət qulluqçularının aqibəti necə olur? Onlara daha sonra başqa vəzifə verilirmi? Femida.az növbəti hüquqi maarifləndirmə mövzusunda yazını təqdim edir:


"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsinə görə, ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda işsiz qalan şəxslər Dövlət İmtahan Mərkəzində ehtiyat kadr kimi saxlanılır. Dövlət orqanlarında analoji vakant vəzifələr yaranarsa, əvvəlcə ehtiyat kadrlara üstünlük verilir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyü həyata keçirilir.

Bunun üçün müvafiq dövlət qulluğu vakansiyası yaranarsa, ehtiyat kadr müvafiq dövlət orqanına müraciət etməlidir. Müraciət həm elektron, həm də poçt vasitəsi ilə edilə bilər. Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər aşağıdakı əsaslarla ehtiyat kadrlar siyahısından çıxarıla bilərlər:

1. öz arzusu ilə;
2. ehtiyat kadr siyahısında olma müddəti (2 il) bitdikdə;
3. dövlət qulluğu vəzifəsinə təyin edildikdə;
4. seçkili və ya təyinatlı vəzifə tutduqda;
5. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə;
7. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
8. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.

Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır. Dövlət orqanlarında analoji vakant vəzifə yarandıqda Mərkəz həmin şəxsləri, onların öz razılığı əsasında, vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində müvafiq dövlət orqanının rəhbərinə təqdim edir. Müvafiq dövlət orqanının rəhbərinə təqdim edilmiş şəxslər 10 iş günü müddətində analoji vakant vəzifəyə təyin edilməli və bu barədə Mərkəzə məlumat verilməlidir. Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər (staj və ya sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslər istisna olunmaqla) əvvəllər tutduqları vəzifədən daha yüksək vəzifəyə (analoji vəzifə istisna olunmaqla) iddia etdikdə, onlarla müsahibə keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR