Dərc edildi: Baxış sayı: 552
Dövlət qurumlarının avtomobilləri “su qiymətinə” satışa çıxarılır
Oktyabrın 29-da dövlət qurumlarının balansında olan bəzi nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Oxu.Az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda 11 avtomobil təqdim olunacaq.
Milli Məclisin İşlər İdarəsinin balansında olan dörd ədəd “Nissan Maxima” satışa çıxarılır. Onlardan biri qəzalı vəziyyətdədir və ilkin qiyməti dörd min manatdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus 2005-ci il buraxılışlı “Chevrolet Niva” altı min manata təqdim olunacaq.
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət