Slimfit
  1. AVTO VƏ MOTO

Dövlət qurumları bu maşınları satır - 1000 manata

Dövlət qurumları bu maşınları satır - 1000 manata
Sakura

Dövlət qurumları bu maşınları satır - 1000 manata

Bir neçə dövlət qurumu balansında olan avtomobilləri Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil edəcəyi hərraca təqdim edib.

Axar.az xəbər verir ki, komitə 10 sentyabr tarixində növbəti avtomobil hərracı keçirəcək. Hərraca bu dəfə ümumilikdə 20 avtomobil təqdim edilib.

Auksiona avtomobil təqdim edən qurumlar Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, nazirliyə tabe olan Penitensiar Xidmət və Dövlət İmtahan Mərkəzidir.

Dövlət İmtahan Mərkəzi auksiona iki, Penitensiar Xidmət altı, Dövlət Gömrük Komitəsi səkkiz, Ədliyyə Nazirliyi üç, Əmlak Məsələləri Dövlət Komitəsi özü isə cəmi bir avtomobil təqdim edib.

Hərraca ən yüksək qiymətə avtomobili Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona çıxardığı “Nissan Maksima” avtomobili üçün müəyyən edilən ilkin satış qiyməti 7200 manatdır.

Hərraca təqdim edilən avtomobillərin əksəriyyətinin qiyməti 1000-1500 manat arasında dəyişir.

Bundan başqa, hərracda 6300 manata 2007-ci ilin, 5400 manata isə 2004-cü ilin “Nissan Maksima” avtomobili də var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR