Dərc edildi: Baxış sayı: 346
Dövlət qulluqçusu olmaq istəyənlər bu gün sınaq imtahanı verirlər
Sentyabrın 22-də dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçirilir.
AZƏRTAC xəbər verir ki, AA, AB, AC, BA, BB qrupları üzrə keçirilən imtahan saat 10:00-da başlayıb.
Namizədlər imtahanı Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.
Qeyd edək ki, sınaq imtahanının təşkili dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət